Azərbaycan   /   English

Sərgi sahəsi

“Bakı Ekspo Mərkəzi" qapalı sahə olaraq 3 sərgi salonundan ibarətdir.

Sərgi salonu xüsusi arakəsmələrlə bölünmüşdür ki, bu da eyni zamanda hər bir zalda müxtəlif tədbirlərin keçirilməsinə imkan yaradır. Bu arakəsmələr zərurət yaranarsa asanlıqla sökülə bilər. Bele olan təqdirdə sərgi salonlarının birləşdirilməsi ilə çox geniş kütləvi tədbirlər keçirilməsi mümkündür.

Bütün sərgi salonları elektrik, su, təzyiqli hava, havalandırma və kondisioner sistemi, təhlükəsizlik və yanğından mühafizə sistemi ilə təchiz edilmişdir.

Sərgi salonlarının tavan hündürlüyü 9 m kimi planlanmışdır. Döşəmənin yük götürmə qabiliyyəti hər m2 üçün 20 t hesablanmışdır. Yük maşınlarının giriş qapılarının hündürlüyü 7m, eni isə 4m-dir.